

Əczaçılıq bazarında biz 2002-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş 0117323 nömrəli lisenziya ilə fəaliyyətə başlamışıq. Lisenziyamızın müddətinin bitməsilə əlaqədar olaraq 2017-ci ildən "Alfa N company” ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş 2089 nömrəli lisenziya) adı ilə fəaliyyətimizə davam etdik. 02.11.2016 il tarixden etibaren isə IN/L-2089/2016 qeydiyyat nömrəli müddətsiz Lisenziyaya əsasən fəaliyyət göstəririk
Şirkətin təsisçisi və baş direktoru Hadıyeva Nailə Salman qızıdır. Şirkətin əsas fəaliyyəti dərman vasitələrinin alışı və bu vasitələrlə ölkə əhalisini təmin etməkdən ibarətdir. "Yalnız ən yüksək keyfiyyətli preparatlar, ən etibarlı çatdırılma və partnyorlar" - şirkətimiz bu devizlə irəliləyir.
Alış sferasında biz dünyanın, həmçinin MDB ölkələrinin qabaqcıl əczaçılıq zavodları və şirkətləri ilə əməkdaşlıq edirik. Satış sahəsində Səhiyyə müəssisələri, özəl klinikalar, apteklər, yerli əczaçılıq şirkətlərinin distribyutorları bizim müştərilərimizdir.